. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayında Cəlilabad və Neftçala rayonlarında yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (E. Əsədov, V. Hacıyev, H. Fərəcov, N. Nəcəfli və T. Hüseynov) həmin ərazi vahidlərinin bəzi dövlət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən imza toplanmasına maneçilik törədilməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görulməsini xahiş etmişdir.
Səlahiyyətli nümayəndənin müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırılma nəticəsində Cəlilabad və Neftçala rayonlarının dövlət orqanlarının nümayəndələri tərəfindən vətəndaşlar E.Əsədovun, V.Hacıyevin, H.Fərəcovun, N.Nəcəflinin və T.Hüseynovun imza toplamalarına qanunsuz müdaxilə və maneə, habelə tutduqları vəzifədən azad edilmələri barədə faktlar müəyyən edilməmişdir.
Bununla da “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanının müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir.
Göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında “Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a    a l ı r :

1. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası