. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Qarabağ və
Respublika uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun
səlahiyyətli nümayəndəsi Həsən Kərimovun müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Qarabağ və Respublika uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov 23 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 17-dən başlayaraq təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan şəxslərə (Emil Məmmədov, Nuramir Məmmədov, Süleyman Kərimov, Rövşən Sadıqov və Mövsüm Əsgərov) Salyan, Hacıqabul, Sabirabad, Neftçala və Zərdab rayonlarında, Mingəçevir şəhərində yerli icra hakimiyyəti orqanları və polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlərin göstərilməsini bildirib, bununla bağlı qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Səlahiyyətli nümayəndənin müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci,  112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində yuxarıda göstərilən  şəxslərə referendum üzrə təşviqat qrupunun dəstəklənməsi məqsədilə imza toplamaqla əlaqədar qanunsuz təzyiqlərin göstərilməsi halları müəyyən edilməmişdir. Rövşən Sadıqov və Mövsüm Əsgərov barəsində isə səlahiyyətli orqanların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinin mövcudluğu ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada müvafiq qərarlar qəbul edilmişdir.
Bununla da “Qarabağ və Respublika uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir.
Göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mütaciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

1. “Qarabağ və Respublika uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun müraciəti  əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası