. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI
18 mart 2009-cu il tarixə təyin edilmiş referendumda qeydə alınmış
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

18 mart 2009-cu il tarixdə keçiriləcək referendumda qeydə alınmış “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun 24 yanvar 2009-cu il tarixli iclasının qərarı ilə həmin qrupun vəkil edilmiş şəxsləri təyin edilmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 27 yanvar 2009-cu ildə qrupun səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 72-ci maddələrinə əsasən  q ə r a r a   a l ı r :
  1. Aşağıdakı şəxslər 18 mart 2009-cu ildə keçiriləcək referendumda qeydə alınmış “Yeni Azərbaycan”  referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
Abdullayev Çingiz Akif oğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi;
Abdullayev Kamal Mehdi oğlu, Bakı Slavyan Universitetinin rektoru;
Abıyev Ağacan Qulam oğlu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru;
Abıyev Əhəd Mikayıl oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Cəfərov Nizami Qulu oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Daimi Komissiyasının sədri;
Əhmədova Gülər Mikayıl qızı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Əliyeva Nurlana Müzəffər qızı, Azərbaycan Dövlət Pedoqoji Kollecin direktoru;
Əmiraslanov Əhliman Tapdıq oğlu, Azərbaycan Tibb Universitetinin rektoru;
Əsgərov Şahlar Qaçay oğlu, Bakı Dövlət Universitetinin professoru;
Hacıyev Asəf Hacı oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Hacıyev Şəmsəddin Hümmət oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil məsələləri Daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru;
Heydərov Fəttah Səməd oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Daimi komissiyasının sədr müavini;
Xudiyev Nizami Manaf oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
İmanverdiyev Sudeyif Bəşir oğlu, ADTU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü;
Qaralov Zahid İbrahim oğlu, YAP İdarə Heyətinin üzvü;
Quliyev Eldar Allahyar oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Mahmudov Yaqub Mikayıl oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Məhərrəmov Abel Məmmədəli oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BDU-nun rektoru, AMEA-nın həqiqi üzvü;
Məmmədhəsənov Rafiq Musa oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Məmmədova Gülçöhrə Hüseyn qızı, Azərbaycan Memarlıq və İncəsənt Universiteinin rektoru;
Məmmədov Yusif Əbülfət oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru;
Naxçıvanlı Aqiyə Həbib qızı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru;
Rəhimzadə Arif Qafar oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Daimi komissiyanın sədri;
Seyidov Səməd İsmayıl oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq əlaqələr və parlamentlərarası daimi komissiyasının sədri;
Yaqublu Zəlimxan Yusif oğlu, xalq şairi.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası