. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI
18 mart 2009-cu il tarixə təyin edilmiş referendumda qeydə alınmış
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

18 mart 2009-cu il tarixə təyin edilmiş referendumda qeydə alınmış “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun 24 yanvar 2009-cu il tarixli iclasının Qərarı ilə həmin qrupun səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 64-cü maddələrinə əsasən           q ə r a r a   a l ı r :

1. 2009-cu il martın 18-nə təyin edilmiş referendumda aşağıdakı şəxslər “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

1.1.Səlahiyyətli nümayəndələr

Abdullayev Əkrəm Kamal oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Abramov Yevda Sasunoviç, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Cavadov Ərəstun Nurəddin oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Əhmədov Əli Cavad oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Əsədullayev Çingiz Rauf oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Həsənov Ramil Sahib oğlu, YAP Gənclər Birliyinin sədri;
Həsənzadə Gövhər Sudeyif qızı, Şəhriyar ad. Bakı Mədəniyyət Mərkəzinin direktoru;
Hətəmov Sevindik Hacıağa oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Xəlilov Rüstəm Gülabbas oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
İbrahimqızı Məlahət İbrahim qızı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
İbrahimov Eldar Rza oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqrar siyasət komissiyasının sədri;
İsgəndərov Nizami Zaman oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
İsmayılov İmamverdi İbiş oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Kazımov Mirkazım Məhəmməd oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Kərimli Azər Şəmşid oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Kərimov Kərim Hacıxan oğlu, YAP İcra katibinin müşaviri;
Quliyev Musa İsa oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Qurbanlı Mübariz Qəhrəman oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Məmmədov İlham Kazım oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Mirələmov Hüseynbala Fazil oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Rəcəbli Hadı Musa oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial siyasət daimi komissiyasının sədri;
Süleymanov Tahir Süleyman oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Vəliyev Əhməd Abdulkərim oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Zabelin Mixail Yuryeviç, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə
- Novruzov Siyavuş Dünyamalı oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                        Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası