“Azərbaycan Respublikasının Konstitusiyasına əlavə
və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-nə
təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim plani”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KİOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasına bəzi əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2009-cu il martın 18-də Azərbaycan Respublikasında ümumxalq səsverməsi (referendum) keçirilməsi barədə qərar qəbul etmişdir.Referendumun keçirilməsi zamanı müvafiq subyektlər tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hərəkətlərin qanunauyğun həyata keçirilməsi, habelə onların referendum prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi və metodiki yardım göstərmək məqsədilə ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim üzrə planının təsdiq edilməsinə zərurət yaranmışdır.Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 26.1-ci, 28.2-ci, 28.4-cü, 25.3-cü və 122-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1.“Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il dekabrın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilsin.
2.Təqvim planı təsdiq edildiyi gündən ən geci 2 gün müddətində dərc edilsin.
3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli