. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli
nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 22 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 19-da yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan Oqtay Zeynalovun və Cahangir Əmirxanlının Gəncə şəhər Nizami rayon polis şöbəsinə çağırılaraq onların imza toplamasına maneçilik törədilməsini iddia edib, həmin şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Səlahiyyətli nümayəndənin müraciəti Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin şəxslərin 19 yanvar 2009-cu il tarixdə Gəncə şəhər Nizami rayon polis şöbəsinə dəvət edilmələri referendum üzrə təşviqat qrupunun dəstəklənməsi üçün imza toplamaqla əlaqədar olmamışdır. Belə ki, onlar Gəncə şəhəri “Xan Bağı” istirahət parkında yerləşən çayxanalarda vətəndaşlar arasında təşviqat apararaq Fələstin – İsrail münaqişəsi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi məqsədilə İsrail əleyhinə imza toplamaq çağırışları ilə əlaqədar vətəndaşlardan daxil olmuş və rəsmi qeydə alınmış şikayət ərizələri əsasında polis şöbəsinə dəvət edilmişlər.
Bununla da “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir.
Göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6 və 7-ci bəndlərinə əsasən q ə r a r a   a l ı r :

1. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti  əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr                                                            Məzahir Pənahov

Müavin                                                        Svetlana Qasımova

Katib                                                           Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası