. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində
(referendumda) “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun
səlahiyyətli nümayəndəsinın müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 23 fevral 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək “Xalq qəzeti”nin 20 fevral 2009-cu il tarixli buraxılışında referendumqabağı təşviqata dair tələbin pozulduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini xahiş etmişdir.
Səlahiyyətli nümayəndənin müraciəti Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mütaciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Xalq qəzeti” redaksiyası tərəfindən ödənişsiz əsaslarla ayrılmış dərc yerində “Respublikaçılar” referendum üzrə təşviqat qrupuna aid olan təşviqat materialının başlığı olduğu kimi getməmişdir.
Bununla da “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən fakt öz təsdiqini tapdığından səlahiyyətli nümayəndənin müraciəti əsaslı olduğundan təmin edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 85.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mütaciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6,7-ci bəndlərinə əsasən  q ə r a r a   a l ı r :

1. “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müraciəti əsaslı hesab edilərək redaksiya tərəfindən referendumqabağı təşviqat materialının dərc orqanında yerləşdirilməsi zamanı yol verilmiş qüsurun qanunla müəyyən edilmiş qaydada aradan qaldırılması təmin edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                              

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası