2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış
“Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat
qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qrupu tərəfindən Əliyev Ənvər Abbas oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21.1-21.3, 28.2, 28.4 və 126-cı maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qrupu tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Əliyev Ənvər Abbas oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli