2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) ödənişsiz əsaslarla ayrılmış efir vaxtının
bölgüsü cədvəlinin dərc edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 28 gün qalmış, yəni 2009-cu il fevralın 18-dən referendumqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında qeydə alınmış referendum üzrə təşviqat qruplarının ictimai teleradio verilişləri təşkilatının kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları vardır. Bu məqsədlə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla 3 saat həcmində efir vaxtı ayrılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 127.3-cü maddəsinə əsasən həmin Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən hər bir teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı həmin maddələrdə göstərilən referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır. Bu cür pulsuz efir vaxtından qeydə alınmış referendum üzrə təşviqat qrupları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir referendum üzrə təşviqat qrupu tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 16 fevral 2009-cu il tarixli 12/48 saylı qərarına müvafiq olaraq ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilmiş, onun nəticələri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74, 75, 80.1, 80.4-80.7 və 127.3-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü cədvəli dərc edilsin (cədvəl əlavə edilir).
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli