2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Davamlı İnkişaf Naminə” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Davamlı İnkişaf Naminə” referendum üzrə təşviqat qrupunun 12 fevral 2009-cu il tarixli iclasının qərarı ilə həmin qrupun vəkil edilmiş şəxsləri təyin edilmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 14 fevral 2009-cu ildə qrupun səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 72-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. Aşağıdakı şəxslər 18 mart 2009-cu ildə keçiriləcək referendumda qeydə alınmış “Davamlı İnkişaf Naminə” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
- Cəfərov Nizami Vilayət oğlu
- İbrahimov Aqşin Fərhad oğlu
- Razimi Ceyhun İman oğlu
- Əsədov Hüseynağa Zaməddin oğlu
- Mahmudov Ramin Sadiq oğlu
- Həmidov Vüqar Rəsul oğlu
- Mirzəyev Azər Vəliağa oğlu
- Nəbiyev Nadir Şahin oğlu
- İsmayılov Nicat Əli oğlu
- Hacınəbiyev Əhməd İbrahim oğlu
- Ələkbərov Elşad Məqsəd oğlu
- Ağayev İman Rauz oğlu
- Rəcəbli Əhməddin İzzət oğlu
- Əliyev Əhəd Abas oğlu
- Sarıyev Üzeyir Yusif oğlu
- Ələkbərzadə Faiq Zakir oğlu
- Məmmədova Aygün Arif qızı
- Məmmədov Fizuli Mustafa oğlu
- Məmmədov Alim Ramiz oğlu
- Mamayev Azad Cəmaləddin oğlu
- Cəfərova Aytən Sammit qızı
- Qasımova Əfsanə Əzim qızı
- Əlizadə Şəhla Hüseyn qızı
- Məmmədova Şəbnəm Alim qızı
- Həmidova Gülnar Rafael qızı
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli