2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun 12 fevral 2009-cu il tarixli iclasının qərarı ilə həmin qrupun vəkil edilmiş şəxsləri təyin edilmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 13 fevral 2009-cu ildə qrupun səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 72-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. Aşağıdakı şəxslər 18 mart 2009-cu ildə keçiriləcək referendumda qeydə alınmış “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
- Əbilov Aydın Əhməd oğlu
- Əhmədov Vüqar Vaqif oğlu
- Əliyev Müqamət Süleyman oğlu
- Əliyev Yunus İsaxan oğlu
- Əsgərzadə Qafar Ələsgər oğlu
- Gərayzadə Leyla Zeynal qızı
- Hadıyev Mirşamil Mirhadı oğlu
- İmanlı Məhəmməd Nağı oğlu
- Ismayılov İlham Surxay oğlu
- Qafarlı Ənvər Rza Quli oğlu
- Qasımlı Musa Jəfər oğlu
- Quliyev Bəhruz Vaqif oğlu
- Quliyev Seymur Fərhad oğlu
- Məcidov Rəşad Müseyib oğlu
- Məmmədov Hikmət Baba oğlu
- Məmmədov Rüstəm Fəxrəddin oğlu
- Nəsirov Elman Xudam oğlu
- Niyazov Xalid Qüdrət oğlu
- Orucov İlqar Nəcibəddin oğlu
- Rəhimzadə Vüqar Gəncəli oğlu
- Sadıqov Bəxtiyar Yusif oğlu
- Salmanov Salman Vilayət oğlu
- Səfərli Vüqar Müzəffər oğlu
- Vəliyev Akif Abdulazim oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli