. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə
alınmış “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun
məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupu tərəfindən Cəfərov Əli Səfər oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21.1-21.3, 28.2, 28.4 və 126-cı maddələrinə əsasən    q ə r a r a   a l ı r :

1. 2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupu tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Cəfərov Əli Səfər oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                   Məzahir Pənahov

Müavin                                                               Svetlana Qasımova

Katib                                                                   Natiq Məmmədov

Üzvlər:                                                                

Fuad Cavadov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası