2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Tərəqqi” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Tərəqqi” referendum üzrə təşviqat qrupunun 12 fevral 2009-cu il tarixli iclasının qərarı ilə həmin qrupun vəkil edilmiş şəxsləri təyin edilmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 13 fevral 2009-cu ildə qrupun səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 72-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. Aşağıdakı şəxslər 18 mart 2009-cu ildə keçiriləcək referendumda qeydə alınmış “Tərəqqi” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
- Abbasova Lalə Gülbaba qızı
- Musayev Madər Ələsgər oğlu
- Cəbrayılov Rafael Kamil oğlu
- Rzayev Tahir Musa oğlu
- Quliyev Rüfət Atakişi oğlu
- Şahverdiyev Astan Nuşrəvan oğlu
- Məmmədova Həvva İsa qızı
- Orucov Zahid Məhərrəm oğlu
- Məmmədov Səfər Musa oğlu
- Əliyeva Jalə Fazil qızı
- Dünyamalıyev Natiq Əziz oğlu
- Xəlilov Buludxan Əziz oğlu
- Əsgərova Mətanət Paşa qızı
- Hüseynov Hümbət Rəhim oğlu
- Əkbərov Rahib Abdulla oğlu
- Ələkbərov Azər Adil oğlu
- Şəfiyev Üzeyir Atamalı oğlu
- Əzizov Rüfət Eyvaz oğlu
- Məmmədov Azad Yəhya oğlu
- Şıxəliyev Namiq Qürbət oğlu
- Əsgərov Bəxtiyar Hüseynalı oğlu
- Orucov Seymur Vaqif oğlu
- Babayev Abbas Həsən oğlu
- Qəmbərov Daşqın Məcid oğlu
- Kərimov Gündüz Hacı oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli