2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Şəhər”
referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Şəhər” referendum üzrə təşviqat qrupunun 12 fevral 2009-cu il tarixli iclasının qərarı ilə həmin qrupun vəkil edilmiş şəxsləri təyin edilmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 13 fevral 2009-cu ildə qrupun səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 72-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
- Aşağıdakı şəxslər 18 mart 2009-cu ildə keçiriləcək referendumda qeydə alınmış “Şəhər” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
- Abbasov Aqil Məhəmməd oğlu
- Abbasov Vaqif Məhərrəm oğlu
- Axundova Elmira Hüseyn qızı
- Alıyev Ramiz Şükür oğlu
- Baxşəliyeva Gövhər Baxşəli qızı
- Cavadov Asif Şəmtl oğlu
- Dünyamalıyeva Raisə Sarif qızı
- Əliyev Bəxtiyar Həmzə oğlu
- Əliyev Əmir Ibrahim oğlu
- Hacıyev Sani Tofiq oğlu
- Hüseynova Xatirə Mayıl qızı
- İsayev Samir Nadir oğlu
- Kərimli Adil Qabil oğlu
- Qasımov Rəşad Kamal oğlu
- Qəmbərov Heydər Dəmir oğlu
- Qocayev Əkbər Ədilxan oğlu
- Quliyev Cabir Məhəmməd oğlu
- Qurbanov Eyvaz Daşdəmir oğlu
- Məmmədov Elman Camal oğlu
- Məmmədov Elton Arzuman oğlu
- Məmmədov Xəqani Məmməd oğlu
- Sadıqov Mirdaməd Mirsadıq oğlu
- Səmədzadə Ziyad Əliabbas oğlu
- Sultanov Oktay Balaqədəş oğlu
- Şükürov Məjlum Şükür oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli