. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış “Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupunun 10 fevral 2009-cu il tarixli iclasının qərarı ilə həmin qrupun vəkil edilmiş şəxsləri təyin edilmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 13 fevral 2009-cu ildə qrupun səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 72-ci maddələrinə əsasən  q ə r a r a   a l ı r :

  1. Aşağıdakı şəxslər 18 mart 2009-cu ildə keçiriləcək referendumda qeydə alınmış “Hüquq və Demokratiya”  referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Aslanova Rəbiyyət Nurullah qızı
Hüseynov Əli Məhəmməd oğlu
Rzayev Rövşən Şükür oğlu
Muradov Fuad Rauf oğlu
Hacıyev Sabir Kamal oğlu
Hüseynov Rafael Baba oğlu
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Hacıbəyli Gültəkin Yunis qızı
Quliyev Ülvi Zahid oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Hüseynov Lətif Hüseyn oğlu
Abbasov Aydın Abbas oğlu
Qaracayev Ceyhun Yasinəli oğlu
Məmmədov Sahib Malik oğlu
Bağırov Anar Ramiz oğlu
Nuriyev Əliməmməd Mali oğlu
Əliyev Abbas Baba oğlu
Nəsirov Elşad Haqverdi oğlu
Qurbanov  Faiq Mirəsədulla oğlu
Hacıyev Cahangir Qəhrəman oğlu
Musayev Elşən Məmmədhənifə oğlu
Yusifova Səadət Vidadi qızı
Əliyev Mayis Nəbi oğlu
Mehdiyev Novruz Həbib oğlu
Məhərrəmov Fuad Mikayıl oğlu

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                              

Fuad Cavadov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası