18 mart 2009-cu il tarixə təyin edilmiş referendumda qeydə alınmış
“Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
18 mart 2009-cu il tarixə təyin edilmiş referendumda qeydə alınmış “Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupu tərəfindən İsgəndərov Ramil Əvəz oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21.1-21.3, 28.2, 28.4 və 126-cı maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış “Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupu tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş İsgəndərov Ramil Əvəz oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli