2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində
(referendumda) ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü
məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum)
Komissiyasında püşkatma komissiyasının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) referendum üzrə təşviqat qruplarının qeydiyyatı başa çatmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 28 gün qalmış, yəni 2009-cu il fevralın 18-dən referendumqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən referendum üzrə təşviqat qruplarının ictimai teleradio verilişləri təşkilatının kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları vardır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.5-ci maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla müvafiq həcmdə efir vaxtı ayrılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən həmin Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında, onların verdikləri ərizə əsasında ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki (referendum) komissiyalarının, teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə referendum üzrə təşviqat qruplarının, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın keçirilməsi yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilməklə keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74, 75, 80.1 və 80.4-80.7-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasında aşağıdakı tərkibdə “püşkatma komissiyası” yaradılsın:
Azər Tağıyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Fuad Cavadov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Almaz Qəhramanlı – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
İradə Hacıyeva – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri
Azər Sarıyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Mətbuat şöbəsinin müdiri
2. “Püşkatma” 18 fevral 2009-cu ildə saat 12.00-da keçirilsin.
3. “Püşkatma komissiyası” ayrılmış efir vaxtının bölgüsünü təmin etsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli