. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

“Davamlı İnkişaf Naminə” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-də keçiriləcək ümumxalq səsverməsində (referendumda) referendum üzrə təşviqat qrupu yaratmaq məqsədilə 2000-dən çox sayda seçicilər tərəfindən “Davamlı İnkişaf Naminə” referendum üzrə təşəbbüs qrupu yaradılaraq bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı bildiriş təqdim edilmiş və təşviqat qrupunun dəstəklənməsi məqsədilə seçici imzaları toplamaq üçün təşəbbüsçülərə lazımi sayda imza vərəqələri verilmişdir.
Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 30 yanvar 2009-cu ildə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, “Davamlı İnkişaf Naminə” referendum üzrə təşəbbüs qrupunun eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. Belə ki, təqdim edilmiş seçici imzalarından etibarlı hesab edilmiş imzaların sayı 42.770 olmaqla 102 seçki dairəsinin ərazisində toplanılmış və ilkin maliyyə hesabatı qanunauyğun tərtib edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar.
Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən müvafiq seçki (referendum) komissiyası imza vərəqələrini və  qrupun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir. 
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 65-68-ci maddələrinə əsasən  q ə r a r a   a l ı r :

  1. “Davamlı İnkişaf Naminə” referendum üzrə təşəbbüs qrupu 2009-cu il martın  18-nə təyin edilmiş referendumda eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınsın.
  2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər                                                                                               Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası