Vətəndaşlarin seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdirilmasi məqsədilə ekspert qrupunun yaradilmasina dair
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki (referendum) komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki (referendum) komissiyalarının digər üzvləri və katiblik əməkdaşları daxil edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki (referendum) komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə əsasən q ə r a r a a l ı r :
1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində 9 nəfərdən ibarət aşağıdakı tərkibdə 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) dövründə fəaliyyət göstərən ekspert qrupu yaradılsın:
1.1. Ramiz İbrahimov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1.2. Qabil Orucov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1.3. Validə Kazımova – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1.4. Tofiq Həsənov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1.5. Rövşən İsmayılov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1.6. Nizami Nadirov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1.7. İradə Hacıyeva – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri
1.8. Rafiq Abbasov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi
1.9. Emin Quliyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin böyük məsləhətçisi
2. Dairə seçki (referendum) komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki (referendum) komissiyalarına həvalə edilsin.
3. Qərar 24 saat müddətində dərc edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |