. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Referendum üzrə təşəbbüs qruplarinin təqdim etdikləri imza vərəqələrində və digər sənədlərdə olan məlumatlarin düzgünlüyünü yoxlamaq üçün işçi qrupunun yaradilmasi haqqinda


AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) zamanı referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim edilməlidir.
İmza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə işçi qrupu yaradılmalı, komissiyanın həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2,  28.4 və 59.2-ci maddələrinə əsasən              q ə r a r a   a l ı r :

1. 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) zamanı referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                                                   Məzahir Pənahov

Müavin                                                                                               Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası