Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 7 avqust 2008-ci
il tarixli 9/39-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin seçkilərində
səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin
S İ Y A H I S I
1. Azərbaycan Respublikasının ərazisində səsvermə günü aşağıdakı sənədlərdən istifadə edilir:
1.1Azərbaycan Respublikasının vətəndaşları üçün:
–Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
–Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi.
o cümlədən:
1.2. Qaçqın və məcburi köçkün vətəndaşlar üçün:
bu siyahının 1.1-ci bəndində göstərilən şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə.
1.3. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün:
–zabitin şəxsi vəsiqəsi;
–hərbi bilet.
1.4. Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçün:
–Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.
1.5. Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün:
–Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.
1.6. Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün:
–vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
2. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü aşağıdakı sənədlərdən istifadə edilir:
2.1. Azərbaycan Respublikasının vətəndaşları üçün:
- ümumvətəndaş pasportu;
- xidməti pasport;
- diplomatik pasport.
___________
Qeyd: seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir.
|