. : TƏLİMATLAR


Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 19 sentyabr 2008-ci
il tarixli 22-108 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikasında seçkilərdə
“exit-poll” keçirən təşkilatların akkreditasiyası
Q A Y D A L A R I

1.      Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra     – Seçki Məcəlləsi) 25.2.23-cü maddəsinə uyğun olaraq “exit-poll” keçirən təşkilatlar Azərbaycan Respublikasındakı seçkilərdə iştirak etmək üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komissiyası) akkreditasiyadan keçməlidir.
1.1.   Bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik olan və nüfuzlu hüquqi şəxslər “exit-poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri    -hökumət təşkilatları və  xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri keçirilərkən “exit-poll”a əlaqədar tədbirlərdə “Qeyri       -hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, bir qayda olaraq, seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar.
2.      “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmışadək Mərkəzi Seçki Komissiyasına akkreditasiyadan keçmək barədə yazılı müraciət təqdim etməlidirlər.
2.1.   Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
- təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumat.
3.      Hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq    10 gün müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın  akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası