Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 12 avqust 2008-ci
il tarixli 11/53-1 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Məntəqə seçki komissiyalarına seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında
TƏLİMAT
Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərini rəhbər tutmaqla məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin edilməsi, onların müvafiq seçki komissiyalarında qeydə alınması və baxılması qaydalarını müəyyən edir.
1. Şikayətlərə dair ümumi tələblər
1.1. Məntəqə seçki komissiyalarına ünvanlanmış yazılı şikayətlər aşağıdakı məzmunda olmalıdır:
1.1.1. şikayətin ünvanlandığı məntəqə seçki komissiyası;
1.1.2. şikayətçi (və şikayətə baxılması haqqında bildirişin göndərilməsi üçün ünvan);
1.1.3. şikayətin obyekti olan hərəkət və ya hərəkətsizlik;
1.1.4. əgər bu hərəkətdirsə, məlum qeyri-qanuni hərəkəti edən şəxs qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir (qanunsuz hərəkət, şəxsin və ya orqanın qanunun yol vermədiyi hərəkəti etməsidir);
1.1.5. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməlidir (qanunsuz hərəkətsizlik, şəxsin və ya orqanın qanunla etməli olduğu hərəkəti etməməsidir);
1.1.6. şikayət üçün əsas: Seçki Məcəlləsinin, digər qanunvericilik və normativ aktların pozulmasının güman edilməsi (mümkündürsə, qanunun konkret müddəasına istinad edilməlidir);
1.1.7. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;
1.1.8. şikayətçinin tələbi.
Qeyd: şikayətçi səsvermə günündən əvvəl verilmiş (daxil olmuş) şikayətdə şikayətin baxılacağı iclasda iştirak etmək niyyətində olub-olmadığını da bildirməlidir.
1..2. Şikayətçi şikayətin (müraciətin) tarixini göstərərək, həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiyalar və ya siyasi partiyaların blokları tərəfindən verilibsə, onda şikayət, səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə, səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
1.3. Şikayət istər şifahi, istərsə də yazılı formada edilirsə, onu qəbul edən məntəqə seçki komissiyasının səlahiyyətlisi əmin olmalıdır ki, yuxarıda qeyd olunan bütün tələblər orada öz əksini tapmışdır.
1.4. Əgər şikayətdə bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən ərizə (tələb) aydın deyilsə, şikayət, onu edən şəxsə geri qaytarılır.
1.5. Anonim, yəni şikayətçinin adı, soyadı və ünvanı göstərilməyən şikayət və ya müraciətlər baxılmamış saxlanılır və işə alınır.
1.6. Səlahiyyətlərinə aid olduqda şikayətin qəbul olunmasından və ya araşdırılmasından imtina edilməsi və ya şikayəti şifahi qəbul edən zaman bu Təlimatın 1.1-ci bəndində göstərilən tələblərin qeyd olunmaması Seçki Məcəlləsinin 115-ci maddəsində göstərildiyi kimi, məsuliyyət yarada bilər.
2. Məntəqə seçki komissiyalarının müraciət və şikayətləri qəbul edərkən əsas tutmalı olduqları tələblər
2.1.Məntəqə seçki komissiyasının səlahiyyətinə aid olan hallar aşağıdakı tələblərə məcmu halında cavab verməlidir:
2.1.1. şikayətlər və müraciətlər hüququ olan şəxstərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər,siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir;
2.1.2. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni hərəkətin (hərəkətsizliyinin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 günərzində daxil olmalıdır;
Qeyd: şikayətvermə müddətinin axını şikayətin verilməsi üçün hüququn əldə edildiyi andan (yəni vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən), hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən) başlanır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir.
2.1.3. ərizənin (tələbin) ünvanlandığı məntəqə seçki komissiyası tərəfindən həmin məsələ iləbağlıəvvəlcədən qərar qəbul edilməməlidir;
2.1.4. müraciət və şikayətlər Seçki Məcəlləsinə görə məsələnin mahiyyəti üzrəqərar qəbuletmə səlahiyyətinə malik olan məntəqə seçki komissiyasına təqdim edilməlidir.
2.2. Ərizənin (tələbin) mahiyyəti üzrə baxılıb təmin edilməsi bilavasitə məntəqə seçki komissiyası tərəfindən mümkün olmalıdır.
2.3. Məntəqə seçki komissiyası öz səlahiyyətlərinə aid olmayan şikayətlərə (müraciətlərə) mahiyyəti üzrə baxıb şikayəti təmin və ya rəddetmə barədə qərar qəbul edə bilməz. Bu halda şikayətin aiddiyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməlidir.
3. Məntəqə seçki komissiyasının1 daxil olan şikayətlərlə (müraciətlərlərlə) bağlı etməli olduğu hərəkətlər
3.1. Məntəqə seçki komissiyası daxil olan şikayətlərlə (müraciətlərlə) bağlı aşağıdakıları etməlidir:
3.1.1. yazılı şikayəti (müraciəti) qəbul etməli və qeydiyyatını aparmalıdır;
3.1.2. şikayət (müraciət) şifahi olduqda, bu Təlimatın 1 saylı əlavəsini Təlimatda tələb olunan bütün qeydlərə müvafiq olaraq doldurmalı və ya şikayətçi tərəfindən bunun edilməsinə şərait yaratmalıdır;
3.1.3. şikayət (müraciət) şəxsən təqdim edilibsə, müraciət edən şəxsə qeydə alınmış müraciətə dair qəbz təqdim etməlidir;
3.1.4. şikayət (müraciət) aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda məntəqə seçki komissiyasının sədri (şikayəti araşdıran komissiya üzvü) tərəfindən iclasa çıxarılmadan aidiyyəti üzrə göndərməlidir;
3.1.5. əgər məntəqə seçki komissiyasına cinayət xarakterli məlumatlar daxil olarsa, məntəqə seçki komissiyasının sədri həmin məlumatı dərhal seçki məntəqəsinin aid olduğu müvafiq dairə seçki komissiyasına göndərməlidir;
3.1.6. şikayətvə ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olduqdan sonra məntəqə seçki komissiyasının iclasına çıxarılmışsa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir;
3.1.7. daxil olmuş şikayət və ya müraciət həm şikayəti qəbul etmiş məntəqə seçki komissiyasının, həm də digər komissiya və ya başqa orqanın səlahiyyətinə aiddirsə, onda həmin məntəqə seçki komissiyası müraciətə mahiyyəti üzrə baxmalı, öz səlahiyyətlərinə aid olan məsələlərihəll etməklə yanaşı, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsi barədə qərar çıxarmalıdır.
4. Məntəqə seçki komissiyasında şikayətlərin qeydə alınması qaydası
4.1. Seçki günü daxil olmuş şikayətlərin və onlar üzrə qəbul edilmiş qərarların, məntəqə seçki komissiyası tərəfindən ayrıca qeydiyyat kitabçasında qeydiyyatı aparılmalıdır.
4.2. Belə qeydiyyat kitabçası, bu Təlimatın 2 saylı əlavəsinə uyğun olaraq, aşagıdakı məlumatları ehtiva etməlidir:
4.2.1. ardıcıl nömrələnmiş bütün şikayətlər;
4.2.2. şikayəti təqdim etmiş seçki subyektinin adı, soyadı, atasının adı, səlahiyyəti;
4.2.3. şikayətin daxilolma tarixi;
4.2.4. şikayətçinin tələbi;
4.2.5. məntəqə seçki komissiyası tərəfindən qəbul edilmiş qərar.
Qeyd: şikayətə baxıldıqdan və onunla bağlı qərar çıxarıldıqdan sonra şikayətçi tələb edərsə, ona həmin qərarla yanaşı, qeydiyyat kitabçasında əks olunmuş məlumatlar göstərilmiş şikayətin qəbul olunması barədə qəbz verilə bilər. Seçki Məcəlləsinin 106.7-ci maddəsinə əsasən həmin şikayətlər və onlar üzrə qəbul edilmiş qərarlar eyni zamanda səsvermənin yekun protokoluna əlavə edilərək DSK-ya göndərilməlidir.
4.3. Məntəqə seçki komissiyasında digər (yəni səsvermə günü daxil olan şikayətlərdən başqa) şikayətlərin (müraciətlərin) qeydiyyat kitabçasında qəbuletmə tarixi və ardıcıl olaraq qeydiyyat nömrəsi göstərilməklə qeydiyyatını aparmalıdır (bu Təlimata 3 saylı əlavə).
4.4. Seçki komissiyalarına daxil olan bütün şikayətlərin (müraciətlərin) qeydiyyatı seçki komissiyalarının katibi vasitəsilə həyata keçirilir.
4.5. Şikayət (müraciət) şifahi olaraq bildirildikdə, o, seçki komissiyasının katibi və ya üzvü, yaxud şikayətçinin özü tərəfindən bu Təlimata 1 saylı əlavədə göstərilən formanın doldurulması yolu ilə tərtib edilir, daha sonra məntəqə seçki komissiyasının səlahiyyətlisi tərəfindən qeydə alınır və şikayətçiyə müvafiq qəbz verilir.
5. Məntəqə seçki komissiyasının iclasında şikayətə baxılması qaydası
5.1. Səsvermə günündən əvvəl verilmiş şikayətlərə (müraciətlərə) məntəqə seçki komissiyalarının iclaslarında baxılması qaydası
5.1.1. Səsvermə günündən əvvəl şikayət (müraciət) etmiş şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, komissiyanin iclasından bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir. Müraciət etmiş şəxsin iclasda iştirak etməməsi işin baxılmasına maneə deyildir. Şikayətçi xəbərdar edilmədən də iclasda iştirak etmək istəsə, onun bu xahişi təmin olunmalıdır.
5.1.2. Səsvermə günündən əvvəl seçicinin seçici siyahılarına daxil edilib-edilməməsi, həmçinin siyahıda getmiş məlumatların düzgün olub-olmaması ilə bağlı müraciətlərə məntəqə seçki komissiyasının, müraciətin edildiyi gündən başlayaraq 1 gün müddətində ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı, yaxud müraciət etmiş şəxsə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə cavab verməlidir.
5.1.3. Səsvermə günündən əvvəl verilmiş şikayətlər üzrə iclas zamanı məntəqə seçki komissiyası sədri və ya katibi (üzvü) işlə bağlı qısa məruzə edir. Əgər şikayətçi və onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə və şikayətlə bağlı məruzə onu qane etmirsə, şikayətçi, yaxud onun səlahiyyətli nümayəndəsi qısa təqdimatla öz şikayətini izah edə bilər. Şikayətçi iclas zamanı şikayəti ilə bağlı yeni sübutlar təqdim edə bilər.
5.2. Səsvermə günü verilmiş şikayətlərə (müraciətlərə) məntəqə seçki komissiyalarının iclaslarında baxılması qaydası
5.2.1. Səsvermə günü şikayət (müraciət) seçki məntəqəsində şifahi və ya yazılı formada edildikdə, şikayətə şikayətçinin (onun səlahiyyətli nümayəndəsinin) iştirakı ilə baxılmalıdır.
5.2.2. Səsvermə günü seçicinin seçici siyahılarına daxil edilib-edilməməsi, həmçinin siyahıda getmiş məlumatların düzgün olub-olmaması ilə bağlı müraciətlərə məntəqə seçki komissiyası dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı, yaxud müraciət etmiş şəxsə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə cavab verməlidir.
5.2.3. Səsvermə günü məntəqə seçki komissiyasının səlahiyyətinə aid olan digər müraciət və şikayətlərə də məntəqə seçki komissiyası tərəfindən dərhal baxılmalı və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 37.1.9-cu maddəsinə əsasən qərar qəbul edilməlidir.
5.2.4. Səsvermə günü daxil olan şikayətin araşdırılması ilə əlaqədar iclas keçirilərkən sədr şikayətlə bağlı qısa məruzə edir. Şikayətçini (onun səlahiyyətli nümayəndəsini) şikayətlə bağlı məruzə qane etmədikdə, şikayətçi (səlahiyyətli nümayəndə) qısa təqdimatla öz şikayətini izah edə bilər. Səsvermə günü verilmiş şikayətin məntəqə seçki komissiyasının iclasında baxılması səsvermə prosesini ləngitməmək və ona mane olmamaq məqsədilə mümkün olduğu qədər tez həyata keçirilməlidir.
5.3. Məntəqə seçki komissiyasına daxil olan şikayətlərə (müraciətlərə) baxılmasına dair ümumi tələblər
5.3.1 Bu Təlimatın 5.1 və 5.2-ci bəndlərində göstərilən qaydada şikayətin iclasda araşdırılması zamanı şikayətdə göstərilən faktların təsdiq olunub-olunmaması ilə bağlı mənbə ola biləcək şəxsdən (şəxslərdən) məlumat alına və bu cür məlumatların doğruluğu şübhə doğurmursa, sübut kimi qiymətləndirilə bilər.
5.3.2. Sədrin (və ya iclasa sədrlik edənin), seçki subyektlərinin və komissiya üzvlərinin qanuni hüquqlarının qorunması baxımından, habelə iclasın gündəliyi, şikayətlərin sayı, qanuni müddətlər və şikayətlə bağlı araşdırmanın aparılması, habelə digər seçki hərəkətləri ilə əlaqədar zəruri tələblər nəzərə alınmaqla, iclasın ən müvafiq şəkildə aparılmasını təmin etmək səlahiyyəti var. Komissiyanın üzvləri də daxil olmaqla iclasda iştirak edən hər bir şəxs sədrin iclasın aparılması ilə bağlı göstərişlərinə əməl etməlidir. Əks təqdirdə, sədr iclasda nizam-intizamı təmin etmək məqsədilə müvafiq tədbirlər (xəbərdarlıqdan iclas zalından çıxarılmaya qədər) görə bilər. Əgər xəbərdarlıq, iclas zalından çıxarılma və ya hər hansı digər tədbir görülmüşdürsə, bu, iclasın protokolunda qeyd olunmalıdır.
5.4. Şikayətlə (müraciətlə) bağlı məntəqə seçki komissiyalarının qərarları və onların verilməsinə dair tələblər
5.4.1. Şikayəti (müraciəti) araşdıran məntəqə seçki komissiyası Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddət əsas götürülməklə onun barəsində aşağıdakı məzmunda qərar qəbul edir:
5.4.1.1. şikayətin təmin edilməsi barədə;
5.4.1.2. şikayətin təmin edilməməsi barədə;
5.4.1.3. şikayətin aidiyyəti üzrə digər seçki komissiyasına və ya dövlət orqanına göndərilməsi haqqında.
5.4.2. Məntəqə seçki komissiyasının şikayətlə bağlı qərarı səsvermə yolu ilə qəbul edildikdən sonra yazılı qaydada tərtib edilir, onun bütün maraqlı şəxslərə verilməsi və ictimailəşdirilməsi (lövhədən asılma və s. yolu ilə) üçün tədbir görülür.
_________
1Qeyd: Maddə 37. Məntəqə seçki komissiyasının vəzifələri
37.1. Məntəqə seçki komissiyası referendumun, Milli Məclisin deputatlarının, Prezident və bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:
37.1.1. əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri barədə məlumat verir;
37.1.2. seçici siyahılarını təsdiq edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçicilərə seçici vəsiqələrini paylayır (çatdırır); seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;
37.1.3. səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin edir;
37.1.4. yuxarı seçki komissiyasından alınmış məlumata əsasən referenduma çıxarılan məsələlər, qeydə alınmış namizədlər və onların siyahısı barədə seçicilərə məlumat verir;
37.1.5. seçki məntəqəsi ərazisində seçkiqabağı və referendumqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət edir;
37.1.6. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir;
37.1.7. səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir;
37.1.8. seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;
37.1.9. bu Məcəllənin tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir;
37.1.10. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir;
37.1.11.bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir.
|