Azərbaycan Ümid Partiyasının 31 iyul 2008-ci il tarixli qurultayının 2.1 saylı Qərarı ilə 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində Azərbaycan Ümid Partiyasının sədri İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
- 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi təsdiq edilsin.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli