İmran Abbas oğlu Qəmbərov 13 saylı Əzizbəyov birinci, Mütəllim Səlvər oğlu Balaqardaşov 14 saylı Əzizbəyov ikinci, Gülnarə Nadir qızı Nəcəfova 29 saylı Səbail, Zakir Abdulla oğlu Məmmədov 52 saylı Quba seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
İmran Abbas oğlu Qəmbərov 13 saylı Əzizbəyov birinci, Mütəllim Səlvər oğlu Balaqardaşov 14 saylı Əzizbəyov ikinci, Gülnarə Nadir qızı Nəcəfova 29 saylı Səbail, Zakir Abdulla oğlu Məmmədov 52 saylı Quba seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli