. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI (Prezident seçkiləri – 2008)


15 oktyabr 2008-ci il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Prezidenti seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci maddələri ilə, seçkilərin təyin edilməsi müddəti və qaydası isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmişdir.   
Konstitusiyanın 101.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2003-cü il oktyabrın 15-də keçirilmiş, hazırda respublika prezidentinin 5 illik səlahiyyət müddətinin son ili başa çatmaqda olduğundan yeni seçkilərin təyin edilməsi üçün əsas yaranmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi günü Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. Həmin Məcəllənin 178.3-cü maddəsinin tələbinə görə seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 177-ci, 178.2-ci və 178.3-cü maddələrinə uyğun olaraq  q ə r a r a  
a l ı r :

  1. 15 oktyabr 2008-ci il Azərbaycan Respublikası Prezidentinin  seçkiləri günü elan edilsin.
  2. Qərar qəbul edildiyi gündən ən geci 2 gün müddətində dərc edilsin.
  3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                           Məzahir Pənahov

Müavin                       Svetlana Qasımova

Katib                          Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası