. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  8 oktyabr 2008-ci il tarixli 27/133 saylı Qərarına əlavə edilmiş siyahıya dəyişiklik edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/133 saylı Qərarı ilə 500 seçki məntəqəsində veb-kameraların quraşdırılması Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnoligiyaları Nazirliyinə həvalə edilmiş və quraşdırılmaya dair müvafiq tələblər müəyyən edilmişdir. Sifarişin icrası zamanı bəzi seçki məntəqələrində texniki səbəblərdən veb-kameraların tələb olunan səviyyədə quraşdırılması mümkün olmadığından veb-kameraların quraşdırılması müəyyən edilmiş bir sıra seçki məntəqələrinin digər seçki məntəqələri ilə əvəz edilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10, 25.2.16, 28.2-ci, 28.4-cü, 40.1 və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ına əsasən  q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/133 saylı Qərarına əlavə edilmiş siyahıya müvafiq dəyişiklik edilsin (siyahı əlavə edilir).

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                         

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası