. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Müasir Müsavat Partiyası tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədi qeydə alınmış Müasir Müsavat Partiyası, Siyasi Şurasının 11 sentyabr 2008-ci il tarixli qərarı ilə Nəcəfov Cahangir Niyazi oğlunu səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən  q ə r a r a   a l ı r :

1.2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyası sədrinin müşaviri Nəcəfov Cahangir Niyazi oğlu Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                         

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası