“Seçki məntəqələrində veb-kameraların quraşdırılması
və istifadəsinə dair Qaydalar”ın qəbul edilməsi barədə
Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələbinə görə seçkilərin (referendumun) hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.
Seçkilər (referendum) keçirilərkən aşkarlıq institutlarının daha geniş tətbiqi ilə bağlı bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın qəbul edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 25.2.10-cu, 28.2-ci, 28.4 və 40.1-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar” qəbul edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli