. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI



2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi 24 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2008-ci il oktyabrın   15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “exit-poll” keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınmasından imtina edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən akkreditasiyadan keçmək üçün müraciətə təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti və təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumatın əlavə edilməsi zəruri olduğu halda, müraciət edən tərəfindən qanunvericiliyin bu tələbinə tam əməl edilməmişdir.
Həmin Qaydaların 1-ci və 3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.23, 28.2 və 28.4-cü maddələrinə əsasən   q ə r a r a    a l ı r :

  1. “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilsin.
  2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                               Məzahir Pənahov

Müavin                                          Svetlana Qasımova

Katib                                             Natiq Məmmədov

Üzvlər:

Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası