. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI



2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədliyi qeydə alınmış Qulamhüseyn Surxay oğlu
Əlibəyli tərəfindən təyin edilmiş Vüqar Nəriman oğlu Xasayevin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv kimi
təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizədliyi qeydə alınmış Qulamhüseyn Surxay oğlu Əlibəyli tərəfindən Vüqar Nəriman oğlu Xasayev Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin olunmuş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21.1-21.3, 28.2, 28.4 və 182.4-cü maddələrinə əsasən   q ə r a r a    a l ı r :

1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədliyi qeydə alınmış Qulamhüseyn Surxay oğlu Əlibəyli tərəfindən təyin edilmiş Vüqar Nəriman oğlu Xasayev Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                               Məzahir Pənahov

Müavin                                          Svetlana Qasımova

Katib                                             Natiq Məmmədov

Üzvlər:

Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası