. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədli Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülərək qeydə alınmış prezidentliyə namizəd Hafiz Ələmdar oğlu Hacıyevin 26 sentyabr 2008-ci ildə İctimai radioda keçirilən “Dəyirmi masa”ya qəsdən vaxtında gəlməməsi səbəbindən püşkatma yolu ilə müəyyən edilmiş ardıcıllığın pozulmasını bildirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olduğundan həmin Məcəllənin 74.5-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış seçkiqabağı təşviqat üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən mətbuat qrupu tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, hüququ olan subyektlər ayrılmış efir vaxtından heç bir maneə olmadan istifadə etmiş, habelə qeydə alınmış prezidentliyə namizəd Hafiz Ələmdar oğlu Hacıyev və eləcə də, ictimai radio tərəfindən göstərilən halda qanun pozuntusuna yol verilməmişdir.
Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 80-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən q ə r a r a   a l ı r :

1.       2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti əsassız olduğundan təmin edilməsin.

2.       Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                       

 Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası