. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciətinə baxılması barədə  

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

   2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək Müasir Müsavat Partiyası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Baxşəliyev Faiq Nəsir oğlu tərəfindən 17 sentyabr 2008-ci ildə saat 21.00-da İctimai radioda keçirilən “Dəyirmi masa”da seçkiqabağı təşviqat aparmasını göstərərək bununla əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olduğundan Seçki Məcəlləsinin 74.5-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış seçkiqabağı təşviqat üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən mətbuat qrupu tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74.4-cü maddəsi ilə seçkiqabağı təşviqatın aparılmasına seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvləri üçün birbaşa qadağa qoyulmamışdır.
Belə ki, həmin Məcəllənin 74.4.3-cü maddəsinin tələbinə görə, seçkiqabağı təşviqatın aparılması seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə qadağan edilir.
Göstərilənlərə əsasən Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən   q ə r a r a   a l ı r :

1.       2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciəti əsassız olduğundan təmin edilməsin.
2.       Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                       

 Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası