. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

      2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədli Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 17 sentyabr 2008-ci ildə Yeni Azərbaycan Partiyasının Bibi Heybət meydanında keçirilən kütləvi tədbirində yüksək partiya və dövlət vəzifəsində çalışan şəxslərin iştirak edərək təşviqatla məşğul olmalarını bildirib, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olduğundan həmin Məcəllənin 74.5-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış seçkiqabağı təşviqat üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən mətbuat qrupu tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində həmin şəxslərin seçkiqabağı təşviqat aparmalarını sübut edən heç bir fakt müəyyən edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.13-cü maddəsinin tələbinə görə, seçkiqabağı təşviqat vətəndaşın və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətdir.
Göstərilənlərə əsasən Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.13-cü, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən  q ə r a r a  a l ı r :

1.       2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti əsassız olduğundan təmin edilməsin.

2.       Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                       

 Ramiz İbrahimov

Validə Kazımova

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası