2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “exit-poll” keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 24 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların akkreditasiyalarına dair tələbləri müəyyən etmişdir. Həmin Qaydaların 1-ci və 3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.23, 28.2 və 28.4-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
- “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınsın.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli