BƏZİ DAİRƏ SEÇKİ KOMİSSİYALARININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1.Qurbanov Araz Siyafər oğlu 7 saylı Ordubad – Culfa, Əliyev Əjdər Məmməd oğlu 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli