. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2008-ci il  oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə qeydə alınmış namizəd cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

            2008-ci il oktyabr 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin 18 sentyabr 2008-ci il tarixli 2 saylı Qərarı ilə,  prezidentliyə qeydə alınmış namizəd cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin vəkil edilmiş şəxslərini təyin etmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 20 sentyabr 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və 186-cı maddələrinə əsasən             q ə r a r a   a l ı r :

  1. Aşağıdakı şəxslər 2008-ci il oktyabr 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülərək qeydə alınmış Qüdrət Müzəffər oğlu Həsənquliyevin  vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Abdullayev Söhrab İsa oğlu, BAXCP-nin baş katibi
Mehdiyeva Yeganə Kazım qızı, BAXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri
Əzimov Hacıbaba Sadiq oğlu, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri
Məmmədov Məsud Əliağa oğlu, Lənkəran Dövlət Universitetinin professoru
Orduxanov Niyaməddin Orduxan oğlu, BAXCP-nin gənclərlə iş üzrə katibi
Babayev Ramus Zülfüqar oğlu
Məmmədov Şahbala Eyvaz oğlu, BAXCP təşkilat şöbəsinin müdiri
İmaməliyev Dünyamalı Mirəli oğlu, Bakı Kliniki Tibbi Mərkəzinin həkimi
Qəniyev Hüseynağa Ərəb oğlu, BAXCP İdarə Heyətinin üzvü
Əliyev Teyyub Qəni oğlu, Neft Akademiyasının dosenti, Təkamül Partiyasının sədri
Atakişiyev Söhbət Yusif oğlu, Nəsimi rayonu Mənzil-kommunal təsərrüfat birliyinin mühəndisi
Babayev Namizəd Sirac oğlu, Sumqayıt şəhər Səthi Aktiv Maddələr zavodunda sahə rəisi
İbrahimov İmran Abdulhüseyin oğlu, Keşlə Maşınqayırma zavodunda texniki nəzarət şöbəsinin rəisi
Fəttahov Zahid Vahid oğlu
İskəndərov Nurulla Məhəmməd oğlu
Rzayev Abbas Qara oğlu, sahibkar
Axundov Hüseynağa İlyas oğlu, sahibkar
Hüseynov Aydın Qurban oğlu, sahibkar
Abdullayev Maşallah Babakişi oğlu
Ağayev Həsən Nəsir oğlu
Babayev Böyükağa Ənvər oğlu
Nuriyev Əliməmməd Moli oğlu, Konstitusiya Fondunun sədri
Əliyev Bəhmən Fazil oğlu, “Xalq Cəbhəsi” qəzeti baş redaktorunun müavini
Əhmədov Mahir Məmməd oğlu, Ağstafa rayonu Təhsil şöbəsinin tədris rəhbəri
Əzizov Mehman Cəfər oğlu
Talıbov Aqil Əlifağa oğlu, Yunayted Kredit Bankında əməliyyatçı
Kələntərov Yaşar Rəşid oğlu, BAXCP-nin təşkilati məsələlər üzrə katibi
İmanov Fətəli Atakişi oğlu, Culfa rayonu, Bənənyar kənd orta məktəbinin müəllimi
Şahbazov Elçin Fazil oğlu, Ağsu rayon Statistika idarəsində mühəndis
Yusifov Mircəlal Əşrəf oğlu, BAXCP sədrinin müşaviri
Hacıyev Abış Rasim oğlu, Bərdə şəhəri, Mollalı kənd orta məktəbinin müəllimi
Sadıqov İlham Nəriman oğlu, orta məktəbin müəllimi
Bayramov Akif Əlif oğlu, Gigiyena-Epidemiologiya Mərkəzində şöbə müdiri
Sübhanverdiyev Eldar Ziyəddin oğlu, Quba şəhər bələdiyyəsində Ekologiya komissiyasının sədri
Novruzov Zaleh Heydər oğlu, Babək rayonu, Sirab kənd orta məktəbinin müəllimi
Cabbarov Bəhruz Ərzuman oğlu, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi
Nəcəfov İxtiyar Ağaqulu oğlu
Şirinova Arzu Xasay qızı, “Xalq Cəbhəsi”  qəzetinin redaktoru
Əhmədov Şirinəli Fəyyaz oğlu, “İnsan” DMM həkim
Həzquluyev Əli Sevindik oğlu, “Elçi” qəzetinin baş redaktoru
İsmayılov Faiq İslam oğlu, Abidələri Müdafiə Təşkilati İctimai Birliyinin sədri
Həsənov Cavanşir Oruc oğlu, BAXCP- nin ideoloji və təbliğat məsələləri üzrə katibi
Bədəlov İlham Bədəl oğlu, sahibkar
Qurbanova Əntiqə Heydər qızı, QHMC-də elm və təhsil şöbəsinin rəhbəri
Dilbazi Yeganə Zirəddin qızı, BAXCP İdarə Heyətinin katibi
Əfəndiyeva Dilarə İrfan qızı, QHMC-də konfliktlərlə  bağlı şöbənin əməkdaşı
Həsənova Mehriban Səlim qızı, jurnalist
Zeynalov Bəxtiyar Əli oğlu, Göyçay şəhər bələdiyyəsinin üzvü
Zamanlı Allahverdi Xasay oğlu
Abbasov Çingiz Müsəllim oğlu.    

  1. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər                                                                                                          

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası