. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında püşkatma komissiyasının
yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 28 gün qalmış, yəni 2008-ci il sentyabrın 17-dən seçkiqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən prezidentliyə namizədlərin ictimai teleradio verilişləri təşkilatının kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları vardır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.5-ci maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla müvafiq həcmdə efir vaxtı ayrılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən həmin Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında, onların verdikləri ərizə əsasında ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilir.  
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki komissiyalarının, teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın keçirilməsi yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilməklə keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74, 75, 80.1 və  80.4-80.7-ci maddələrinə əsasən  q ə r a r a   a l ı r :

1. 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində  İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə “püşkatma komissiyası” yaradılsın:

Azər Tağıyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Fuad Cavadov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Almaz Qəhrəmanlı – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü 
Azər Sarıyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Mətbuat şöbəsinin müdiri

2. “Püşkatma” 17 sentyabr 2008-ci ildə saat 12.00-da keçirilsin.

3. “Püşkatma komissiyası” ayrılmış efir vaxtının bölgüsünü təmin etsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası