. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyası tərəfindən
təyin edilmiş Faiq Nəsir oğlu Baxşəliyevin Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi
səs hüquqlu üzvü kimi təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədi qeydə alınmış Müasir Müsavat Partiyası tərəfindən Faiq Nəsir oğlu Baxşəliyev Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21.1-21.3, 28.2, 28.4 və 182.4-cü maddələrinə əsasən    q ə r a r a    a l ı r :

1. 2008-ci il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Müasir Müsavat Partiyası tərəfindən təyin edilmiş Faiq Nəsir oğlu Baxşəliyev Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                         Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası