. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan
Respublikasının Prezidenti seçkilərində prezidentliyə
namizədliyi təsdiq edilmiş Mayıs Gülalı oğlu Gülalıyevin
namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi “Yaşıl Siyasət” təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Mayıs Gülalı oğlu Gülalıyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/47 saylı Qərarı ilə təsdiq edilmişdir. 
İmza vərəqələri və onlara əlavə edilmiş sənədlər 5 sentyabr 2008-ci ildə namizədin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə  10 sentyabr 2008-ci il tarixli Protokoldan və həmin tarixli, 7/3  saylı Rəydən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda,  təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuş, habelə namizədin əmlakı barədə yanlış məlumat verilmiş, gəlirləri barədə dəqiq məlumat verilməmiş, ilkin maliyyə hesabatı isə qanuna uyğun şəkildə təqdim edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsinə əsasən həmin Məcəllənin 59.6-59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. 
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 53 və 58-60-cı maddələrinə əsasən  q ə r a r a   a l ı r

1.2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində “Yaşıl Siyasət” təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Mayıs Gülalı oğlu Gülalıyevin namizədliyinin qeydə alınmasından imtina edilsin.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                            Məzahir Pənahov

Müavin                                                                        Svetlana Qasımova

Katib                                                                            Natiq Məmmədov

Üzvlər:                                                                         

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası