. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Kamal oğlu
Əmiraslanovun Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə 2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkilərində 98 saylı Şəmkir şəhər seçki dairəsindən seçilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Kamal oğlu Əmiraslanov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı 5 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş, bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq araşdırma aparılaraq, deputat Azər Kamal oğlu Əmiraslanovun deputat mandatından məhrum edilməsi üçün əsasların olması müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublkası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən əsaslar olduqda deputatın mandatdan məhrum edilməsi haqqında qərar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 89-cu, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 175.3-cü maddələrinə əsasən    q ə r a r a   a l ı r :

1.2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkilərində 98 saylı Şəmkir şəhər seçki dairəsindən seçilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Kamal oğlu Əmiraslanovun Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası