. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının
Prezidenti seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma
qaydasına dair

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4 və 199-cu maddələrinin tələblərinə görə, seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən azı 10 gün qalmış qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq  şərtilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.6,  25.2.11,  28.2,  28.4, 99 və 199-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar mövcud seçki dairələri üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş  və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin (forma əlavə olunur).

2. 2008-ci il sentyabrın 9-na olan məlumata görə respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4.903.600 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası