. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının
Prezidenti seçkilərində prezidentliyə qeydə alınmış namizəd cənab
İlham Heydər oğlu Əliyevin vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası, İdarə Heyətinin 5 sentyabr 2008-ci il tarixli, 27 saylı iclasının Qərarı ilə qeydə alınmış namizəd cənab İlham Heydər oğlu Əliyevin vəkil edilmiş şəxslərini təyin etmişdir.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə təqdimat ona əlavə edilməli olan sənədlərlə birlikdə 5 sentyabr 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, vəkil edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və   186-cı maddələrinə əsasən  q ə r a r a   a l ı r :

1. Aşağıdakı şəxslər 15 oktyabr 2008-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülərək qeydə alınmış İlham Heydər oğlu Əliyevin vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Abdullayev Çingiz Akif oğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi;
Abdullayev Kamal Mehdi oğlu, Bakı Slavyan Universitetinin rektoru;
Abdullayev Kamal Mehman oğlu, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri;
Abıyev Ağacan Qulam oğlu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru;
Abıyev Əhəd Mikayıl oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Abramov Yevda Sasunoviç, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Aslanov Novruzəli Davud oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Aslanova Rəbiyyət Nurulla qızı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Daimi komissiyasının sədri;
Cəfərov Nizami Qulu oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Daimi Komissiyasının sədri;
Əlizadə Firəngiz Əliağa qızı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri;
Əlizadə Akif Ağamehdi oğlu, AMEA-nın vitse-prezidenti;
Əmiraslanov Əhliman Tapdıq oğlu, Azərbaycan Tibb Universitetinin rektoru;
Əsgərov Şahlar Qaçay oğlu, Bakı Dövlət Universitetinin professoru;
Hacıyev Şəmsəddin Hümmət oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil məsələləri Daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru;
Hacıyeva Gültəkin Yunis qızı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Heydərov Fəttah Səməd oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Daimi komissiyasının sədr müavini;
Həbibbəyli İsa Əkbər oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Həsənov Ramil Sahib oğlu, YAP Gənclər Birliyinin sədri;
Həsənova Məlahət İbrahim qızı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Hüseynov Əli Məhəmməd oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq Siyasəti Daimi Komissiyasının sədri;
Hüseynov Rafael Baba oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Xanlarova Zeynəb Yəhya qızı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Xəlilov Fərhad Qurban oğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri;
İbrahimov Eldar Rza oğlu,   Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqrar siyasət komissiyasının sədri;
İsmayılov İmamverdi İbiş oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Kazımov Mirkazım Məhəmməd oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Qaralov Zahid İbrahim oğlu, YAP Səbael rayon təşkilatının sədri;
Qasımov Musa Cəfər oğlu, Bakı Dövlət Universitetinin professoru;
Quliyev Musa İsa oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Quliyev Ülvi Zahid oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Mahmudov Yaqub Mikayıl oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Möhbalıyev Səttar Suliddin oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Məcidov Rəşad Museyib oğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi;
Məhərrəmov Abel Məmmədəli oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BDU-nun rektoru, AMEA-nın həqiqi üzvü;
Məmmədəliyev Vasim Məmmədəli oğlu, Bakı Dövlət Universitetinin dekanı;
Məmmədov Elman Camal oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Məmmədova Gülçöhrə Hüseyn qızı, Azərbaycan Memarlıq və İncəsənt Universiteinin rektoru;
Mirzəzadə Aydın Böyükkişi oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Məmmədli Elnur Çingiz oğlu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi;
Naxçıvanlı Aqiyə Həbib qızı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru;
Osmanov Ceyhun Yunus oğlu, İrəli Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi;
Rəcəbli Hadı Musa oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial siyasət daimi komissiyasının sədri;
Rəhimzadə Arif Qafar oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Daimi komissiyanın sədri;
Rzayev Rövşən Şükür oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Rzayev Anar Rəsul oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri;
Sadıqov Bəxtiyar Yusif oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Seyidov Səməd İsmayıl oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq əlaqələr və parlamentlərarası daimi komissiyasının sədri;
Vəkilov Vaqif Səməd oğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Yaqublu Zəlimxan Yusif oğlu, xalq şairi;
Zabelin Mixail Yuryeviç, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası