. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


15 oktyabr 2008-ci il tarixə təyin edilmiş
Azərbaycan Respublikasının Prezidenti seçkilərində
prezidentliyə namizədliyi təsdiq edilmiş Əlimuxtar Dadaş oğli
Əkbərovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Əlimuxtar Dadaş oğlu Əkbərovun namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/37 saylı Qərarı ilə təsdiq edilmişdir. 
Namizəd Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş imza vərəqələrini heç bir imza toplamadan boş şəkildə geri qaytarmış, habelə əmlakı və gəlirləri barədə dəqiq məlumat verməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.  
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54 və 58-60-cı maddələrinə əsasən  q ə r a r a   a l ı r :

1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində özü tərəfindən namizədliyi irəli sürülmüş Əlimuxtar Dadaş oğlu Əkbərovun namizədliyinin qeydə alınmasından imtina edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası