. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində
Hafiz Ələmdar oğlu Hacıyevin prezidentliyə namizədkimi qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Müasir Müsavat Partiyasının sədri Hafiz Ələmdar oğlu Hacıyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/45 saylı Qərarı ilə təsdiq edilmişdir. 
İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş sənədlər 1 sentyabr 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydı alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. 
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54 və 58-60-cı maddələrinə əsasən  q ə r a r a     a l ı r :

1.Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyev 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizəd kimi qeydə alınsın.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.



Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası