Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 iyul 2003-cü il tarixli 18/108 saylı Qərarı ilə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 fevral 2006-cı il tarixli 53-III QR saylı Qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin qrupun tərkibinə daxil edilmiş bəzi əməkdaşlarının dəyişdirilməsi, habelə bəzi kütləvi informasiya vasitələrinin qrupun tərkibinə daxil edilməsi məqsədilə hazırda həmin qrupun yeni tərkibdə formalaşdırılmasına zərurət yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və “Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə”nin 1-ci və 2.1-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə mətbuat qrupu yenidən formalaşdırılsın:
Azər Tağıyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Fuad Cavadov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Almaz Qəhrəmanlı – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Mətbuat şöbəsinin müdiri
İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi
“Azərbaycan televiziya və radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi
“Lider” Televiziya kanalının nümayəndəsi
ANS media və yayım şirkətinin nümayəndəsi
“Space” Müstəqil Teleradio Şirkətinin nümayəndəsi
AzərTac İnformasiya Agentliyinin nümayəndəsi
APA İnformasiya Agentliyinin nümayəndəsi
Olaylar İnformasiya Agentliyinin nümayəndəsi
“Turan” İnformasiya Agentliyinin nümayəndəsi
“Azərbaycan” qəzetinin nümayəndəsi
“Yeni Müsavat” qəzetinin nümayəndəsi
“525-ci qəzet” in nümayəndəsi.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 iyul 2003-cü il tarixli 18/108 saylı Qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli