15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədlikləri özləri tərəfindən irəli sürülmüş Teymur Pərviz oğlu Quliyevin və Fikrət Tağı oğlu Əhədovun namizədlikləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 avqust 2008-ci il tarixli, 13/61 saylı və 23 avqust 2008-ci il tarixli, 15/72 saylı müvafiq Qərarları ilə təsdiq edilmişdir.
Namizədlər 3 sentyabr 2008-ci ildə ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək onların namizədliyinə xitam verilməsini xahiş etmişlər.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq araşdırma aparıb, hər iki ərizəçi barədə namizədliyə xitam verilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 73-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədlikləri özləri tərəfindən irəli sürülmüş Teymur Pərviz oğlu Quliyevin və Fikrət Tağı oğlu Əhədovun namizədliklərinə xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli