. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


2008-ci il oktyabrın 15-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar, səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokollarının Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

QƏRARI

            Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/39-4 və 9/39-5 saylı qərarları ilə təsdiq edilmiş müvafiq İzahlarla Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokollarının nümunələrinin forma və mətni müəyyən olunmuşdur.
Bununla əlaqədar səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.         
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.6,  25.2.11,  28.2,  28.4 və 100-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

1. 2008-ci il oktyabrın 15-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar, səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər :                                                                                               Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası