15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürmüş Böyük Quruluş Partiyası, Ali Məclisinin iclasının 1/2, 1/3, 1/4, 1/5 və 1/6 saylı Qərarları ilə səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr, öz təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmüş Fikrət Tağı oğlu Əhədov isə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52-ci və 53-cü maddələrinə və “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın 1.1-ci bəndinə əsasən q ə r a r a a l ı r :
1.
2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1 Səlahiyyətli nümayəndələr
- Novruzov Abbas Qənbər oğlu;
- Əsgərov Bəxşeyiş Məmməd oğlu;
- Əfəndiyev Ayaz Viləddin oğlu.
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr
- Şeyxov Qasım Rza oğlu;
- Nəbiyev Elşən Bəhmən oğlu.
2. Elmir Baxşəli oğlu Həsənli prezidentliyə namizəd Fikrət Tağı oğlu Əhədovun səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.
3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli