.
2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafayevin namizədliynin təsdiq edilməsi haqqında
Böyük Quruluş Partiyası Ali Məclisinin iclasının 1 saylı Qərarı ilə 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində Böyük Quruluş Partiyasının Başqanı Fazil Qəzənfər oğlu Mustafayevin namizədliyi irəli sürülmüşdür.
Partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırma aparılaraq irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsaslar müəyyən edilmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
1.2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafayevin namizədliyi təsdiq edilsin.
2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli